18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Vitali Mutko: “Avropa Oyunları Rio Olimpiadasına yaxşı hazırlıq idi”

“Əksər idman növlərində atletlərimiz əla çıxış etdilər. Bakıya həm təcrübəli, həm də gənc idmançılar yollanmışdılar. Avropa Oyunları Rio Olimpiadasına bir növ yaxşı hazırlıq idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Rusiyanın idman naziri Vitali Mutko deyib.

O, həmvətənlərinin Bakı-2015 I Avropa Oyunlarındakı çıxışını dəyərləndirib.

Mutko bildirib ki, yaxın günlərdə federasiya rəhbərləri ilə görüşəcək: “Rahatlaşmaq olmaz, yalnız irəliyə doğru addımlamaq lazımdı. Avropa Oyunları ilə əlaqədar tezliklə federasiya rəhbərlərini qəbul edəcəm”.

Nazir onu da əlavə edib ki, Avropa Oyunlarında medal qazanan rusiyalı idmançılara mükafat veriləcək: “İdmançıların Moskvada rəsmi qəbul mərasimi olmayacaq. Çünki onlar çox yükləniblər, atletləri işlərindən yayındırmaq istəmirəm. Mövsümün bu vaxtında qəbul keçirməyə imkan yoxdu. Bu günlərdə əmr imzalayacam, bütün medalçılar mükafatlandırılacaqlar”.

Qeyd edək ki, Rusiya Avropa Oyunlarında qazandığı medal (164) sayına görə birinci olub.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30