18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”: Teymur Məmmədov Azərbaycana boksda ilk qızıl medalı qazandırdı

Bakı-2015 Avropa Oyunlarına boks yarışları yekunlaşmaq üzrədir. Futbolxeber.az-ın məlumatına görə, artıq bir neçə çəki dərəcəsində qaliblər məlumdur.

81 kq çəki dərəcəsində yarışan Teymur Məmmədov finalda italiyalı Valentino Manfredonianı 3:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub. Bununla da Məmmədov “Bakı-2015”də ölkəmizə boks yarışlarında ilk qızıl medalı qazandırıb.

91 kq-da yarışan Məhəmmədrəsul Məcidov rusiyalı Qasan Gimbatovla qarşılaşmalı olsa da, döyüş baş tutmayıb. Məcidov zədə səbəbindən qarşılaşmaya çıxmayıb və bürünc medala sahib çıxıb.

Qadınlar arasında 54 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Anna Əlimərdanova yarımfinalda Rusiya idmançısı Yelena Savelevaya uduzub. Bununla da Əlimərdanova da “Bakı-2015”i bürünc medalla tamamlayıb.

52 kq-da yarışan Elvin Məmişzadə yarımfinalda almaniyalı Hamza Tubaya, 64 kq-da mübarizə aparan Lorenzo Sotomayor isə ukraynalı Viktor Petrova qalib gəlib. Hər iki boksçumuz sabah finalda italiyalı rəqiblərlə üz-üzə gələcək.

Xatırladaq ki, buna qədər boks yarışlarında Tayfur Əliyev də yarımfinalda uduzmaqla, bürünc medala sahib çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30