20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Boksçumuz: “Rəqibim dünya və Avropa çempionu olsa da, məqsədimə nail oldum”

“Bugünkü qarşılaşmamı ilk döyüşümlə müqayisə etsəm deyə bilərəm ki, bu görüşü daha uğurla keçirdim. Yarımfinal mərhələsində rəqibim Rusiya idmançısı Zinaida Dobrınina çox titullu boksçudur. Dünya və Avropa çempionudur. Buna baxmayaraq, mən qarşıma qoyduğum məqsədə nail oldum”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində Azərbaycan boksçusu Yana Alekseyeva deyib.

Boksçu rəqibini fənd işlədərək məğlub etdiyini vurğulayaraq deyib: "Bu günədək qarşılaşdığım rəqiblər arasında Zinaida Dobrınina çox layiqli rəqibdir. Ona görə də döyüşdə bir qədər fəndgir tərpənmək lazım gəldi. Əlbəttə ki, hazırlıq da öz sözünü dedi. Bundan əlavə, azarkeşlər tərəfindən böyük dəstək var idi. Onların hamısına təşəkkür edirəm. İndi ilk növbədə yarımfinal döyüşü haqqında fikirləşməliyəm. İnşallah, qızıl medalı qazanmaq üçün də çalışacağıq".

Yarımfinalda Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionu irlandiyalı Keti Teylorla üz-üzə gələcək Yana məşqçisi olan atası ilə titullu rəqibini təhlil edib, ona da uyğun taktika seçəcəklərini açıqlayıb: "Məsələn, ilk döyüşdə fiziki cəhətdən dözümlü olmaq lazım idisə, ikincidə daha çox cəldlik, ayaqların cəld və aldadıcı hərəkəti tələb olunurdu. Biz buna görə bir-birimizdən küsmürük, hər dəfə də döyüşdən sonra bir-birimizi qucaqlayırıq. Artıq bacım Anna Əlimərdanova da yarımfinaldadır. Görünür, Allah bizə rəhmlidir. Hər zaman axıra kimi diqqətli olmaq lazımdır. Bircə an da arxayınlaşmaq olmaz. Bu, boksçuların qaydasıdır. Gərgin məşqlər keçmişik və bu səbəbdən də çempion olmalıyıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30