28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: Daha 2 boksçumuz yarımfinala yüksəldi

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, bu gün daha 2 boksçumuz 1/4 final döyüşünə çıxıb.

Kişilər arasında 75 kq çəkidə mübarizə aparan Xaybula Musalov 1/4 finalda belaruslu Vitali Bandarenka ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundda (29:28; 30:27; 29:28) rəqibindən üstün olaraq adını yarımfinala yazdırıb.

60 kq-da mübarizə aparan qadın boksçumuz Yana Alekseyevna 1/4 finalda rusiyalı Zinayda Dobrinina ilə qarşılaşıb. Rəqibinə şans tanımayan (40:36; 39:37; 39:37) boksçumuz adını yarımfinalçılar sırasına yazdırıb. Finala gedən yolda Alekseyevna olimpiya çempionu, 4 qat dünya və 5 qat Avropa çempionu, irlandiyalı Keti Teylorla üz-üzə gələcək. Qarşılaşma iyunun 26-da saat 12:45-də start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31