20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Erməni samboçu Bakıda xəstəxanaya aparıldı

Avropa Oyunları çərçivəsində sambo yarışlarında iştirak edən erməni idmançı xəstəxanaya aparılıb. Futbolxeber.az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, iyunun 22-də keçirilmiş sambo yarışlarında 52 kq çəki dərəcəsində tatami üzərinə çıxan rusiyalı idmançı Anna Xaritonova Ermənistan təmsilçisi Sosa Balasanyanla qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Rusiya təmsilçisinin tətbiq etdiyi fənd zamanı erməni samboçu zədələnib və kəllə-beyin travması şübhəsi ilə xəstəxanaya aparılıb.

Xəstəxanada S. Balasanyana yüksək səviyyədə ilkin tibbi yardım göstərilib. Bunu idmançının səhhəti barədə danışan Avropa Oyunlarında Ermәnistan nümayәndә heyәtinin press attaşesi Karen Qilayan bildirib. O deyib ki, Balasanyanın səhhətində ciddi problem yoxdur: “Güləşərkən o, boyun zədəsi aldı və ona təcili tibbi yardım göstərildi. Müəyyən olundu ki, bu, adi boyun burxulmasıdır. İndi hər şey normaldır, heç bir problem yoxdur. İdmançımız artıq vətənə qayıdıb”. Azərbaycanlı həkimlərin S. Balasanyanı müayinə etməsinə münasibət bildirən K.Qilayan vurğulayıb ki, ciddi müalicəyə ehtiyac olmayıb: “İdmançımız tibb mərkəzində 2-3 saat saxlandı, həkimlər rentgen etdilər, sonra isə Atletlər Kəndindəki poliklinikada da müayinədən keçirdilər. Müayinə zamanı hər hansı ciddi problemin olmadığı müəyyənləşdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30