19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”: Şpaqaçılarımız 1/16 finala vəsiqə qazana bilmədi

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatma yarışlarına daha 2 dəst medalın sahibi müəyyənləşəcək. Futbolxeber.az-ın məlumatına görə, qadınlar rapira, kişilər şpaqada növündə mükafatçıları müəyyənləşdirir.

Kişilərin qrup mərhələsində 35 idmançı mübarizəyə qatılıb. Onlar 5 qrupda qüvvəsini sınayıb. Azərbaycanın 4 şpaqaçısı da bu mərhələdə mübarizə aparıb.

Kənan Əliyev A, Nəcəf Məhərrəmov B, Vəkil Nəsibov C, Mehrab Həsənov E qrupunda çıxış edib. Şpaqaçılarımızdan yalnız ikisi qələbə sevinci yaşayıb. Kənan 2, Mehrab 1 dəfə qalib gəlməyi bacarıb. Onların hər ikisi qrupda 6-ci yeri tutub. 6 oyunun hamısında yenilən Nəcəflə Vəkil isə 7-ci olub. Qrup mərhələsindəki uğursuzluq qılıncoynadanlarımızın 1/16 finaal yüksəlməsinə imkan verməyib və təmsilçilərimiz mübarizəni dayandırıb.

Qadınların rapira yarışında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparıb. Bu yarışda ölkəmiz təmsil olunmayıb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30