19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“2019-cu ilin Avropa Oyunlarının keçirilməsi üçün dörd ölkə öz namizədliyini irəli sürüb”

Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski Rusiyanın championat.com idman internet portalına verdiyi müsahibədə qeyd edib ki, 2019-cu ilin Avropa Oyunlarının keçirilməsi üçün dörd ölkə öz namizədliyini irəli sürüb. Futbolxeber.az-ın məlumatına görə, A.Kozlovski deyib: “İlin sonunadək AOK qəti qərar qəbul etməlidir. Dörd namizəd var”.

O, Hollandiyanın ikinci Avropa Oyunlarını keçirməkdən imtina etməsi barədə suala cavab verərək bildirib ki, Amsterdamın artıq 2019-cu il Oyunlarının paytaxtı seçildiyini demək heç də düzgün olmaz. A.Kozlovski sözünə əlavə edərək deyib: “Bu şəhər əvvəlcə tövsiyə olunmuşdu. Həmin ilə bizim namizədlərimiz çox olduğundan onların hamısını araşdırdıq və Hollandiya hər cəhətdən bizim xoşumuza gəldi. Bu ölkəni tövsiyə etməyi qərara aldıq, səsvermə keçirməyi yox, ölkə hökumətinin qərarını gözlədik. Bu, şənbə günü olub. Bazar ertəsi isə hollandlar hər şeyi ölçüb-biçərək bu qərarın ölkəyə çox böyük xərclər bahasına başa gələcəyini bildirdilər. Düzdür, bu, hamımız üçün gözlənilməz oldu... Avropa Oyunlarının Hollandiyada keçirilə biləcəyi aydın olan kimi yarışları qəbul etmək istədiyini bəyan etmiş şəhərlərdən ikisi 2023-cü il üçün iddialarını bildirdi. Hollandiya sıradan çıxan kimi bu şəhərlər 2019-cu ildə Avropa Oyunlarını qəbul etməyə hazır olduqlarını yenidən bəyan etdilər. İndi planlı iş gedir və ilin sonunadək biz qərar qəbul edəcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30