18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Valeriya Məmmədova: “Biz bunu bacardıq”

“Çox çətin görüş oldu. Türkiyəyə məğlubiyyətdən sonra tamaşaçıların etimadını qazanmaq çətin idi. Amma biz bunu bacardıq. Azarkeşlərə minnətdarlığımı bildirirəm ki, bizi tək qoymadılar”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına Azərbaycan millisinin voleybolçusu Valeriya Məmmədova (Korotenko) deyib.

Bakı-2015 I Avropa Oyunlarında mübarizəni davam etdirən qadınlardan ibarət yığmamız 1/4 final mərhələsində bu gün Hollandiya üzərində 3:0 hesablı qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb.

Yığmamızın təcrübəli liberosu qrup mərhələsinin son matçında Türkiyəyə (0:3) məğlubiyyətə də münasibət bildirib: “Komandada bəzi problemlər var idi. Amma biz bunların həlli yolunda çalışdıq. Bu gün öz oyunumuzla göstərdik ki, problemlər yavaş-yavaş aradan qalxacaq. Azarkeşləri də gələn oyunumuza dəvət edirəm”.

Qeyd edək ki, milli komandamız yarımfinalda yenidən Türkiyə ilə qarşılaşacaq. Bu görüş iyunun 25-də baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30