20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Azərbaycan boksçusu: “Qızıldan başqa medal məni maraqlandırmır”

“Yalnız qızıl medal qazanmalıyam Ancaq heç kimi də zəif rəqib kimi görmürəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının boks Lorenzo Sotomayor deyib.
 
Bakı-2015 Avropa Oyunlarında 64 kq çəki dərəcəsində mübarizə aparan Kuba əsilli boksçu bu gün 1/4 finalda rumıniyalı Daniel Nikulesku üzərində qələbə qazanaraq, yarımfinala vəsiqə əldə edib.
 
Artıq bürünc medalı özü üçün təmin edən Sotomayor bununla kifayətlənməyəcəyini söyləyib: “Budəfəki rəqibim ötən döyüşdəkindən güclü idi. Bu baxımdan döyüş bir qədər çətin keçdi. Azarkeşlər də həmişə olduğu kimi, mənə dəstək oldular, motivasiya verdilər. Ancaq mənim motivasiyam budu ki, bu yarışda ancaq qızıl medal qazanmalıyam. Başqa medal məni maraqlandırmır”.
 
Qeyd edək ki, Sotomayor yarımfinalda ukraynalı Viktor Petrovla qarşılaşacaq. Bu görüş iyunun 25-də keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30