19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”: “Avropa Oyunları London Olimpiadasına bənzəyir”

Birinci Avropa Oyunlarının qalibi, Belarus velosipedçisi Alyona Omelyusik bu mötəbər idman tədbirinin təşkilatçılığını yüksək dəyərləndirib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, artıq Belarusa qayıdan idmançı flynews24.ru saytına verdiyi müsahibədə Bakıda qazandığı qızıl medalın onun üçün çox dəyərli olduğunu qeyd edərək deyib: “Bu qələbə ilk dəfə təşkil olunan yarışlarda qazanıldığına görə mənim üçün çox dəyərlidir”.

Avropa Oyunlarının təşkilatçılığı barədə sualı cavablandıran A.Omelyusik bu yarışları London Olimpiadası ilə müqayisə edib: “Avropa Oyunları London Olimpiadasına bənzəyir. İnfrastruktur, yarışların və idman obyektlərinin səviyyəsi, o cümlədən azarkeşlərin marağı Böyük Britaniyada olduğu kimidir. Doğrudur, məşqlərə və yarışlara vaxtımız çox getdiyindən Bakını gəzmək imkanımız çox olmadı. Amma gördüklərimizə əsasən deyə bilərəm ki, Şərq və Qərb elementlərinin sintezindən ibarət arxitekturaya malik bu şəhər Qətərə bənzəyir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30