25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: Qılıncoynadanlarımız ilk günü mükafatsız bitirdi

Bu gün Bakı-2015 Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, qadınlar şpaqa, kişilər sablya növündə mükafatçıları müəyyənləşdirir.

Azərbaycan yığmasının 8 idmançısı da mübarizəyə qoşulub. Onlardan 4-ü kişilərin, 4-ü isə qadınların yarışına başlayıb.

Qadınların şpaqa yarışında ümumilikdə 35 qılıncoynadan 5 qrupda mübarizə aparıb. İdmançılarımızdan Elmira Xudaverdiyeva A, Samirə Hüseynova B, Məryəm Məlikova C, Nüvar  Məlikova E qrupunda qüvvəsini sınayır. Təmsilçilərimiz hərəyə 6 görüş keçirərək, bütün oyunlarda məğlub olub. 24 qarşılaşmada qələbə qazana bilməyən şpaqaçılarımız 1/16 finala çıxa bilməyərək,  mübarizəni dayandırıb.

Saat 11:50-də başlayan kişilərin sablya yarışlarında 36 idmançı 6 qrupa bölünüb. Təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda gücünü sınayıb. Həsənov bütün görüşlərdə uduzaraq, sonuncu yeri tutub. Digər sablyaçılarımız hərəyə 1 dəfə qalib gəlib. Yeganə qələbə Tağıyevə 4-cü yeri tutmaq üçün kifayət edibsə, digər iki idmançımız 5-ci olub.

Bununla da Azər 1/16 finala yüksələn yeganə təmsilçimiz olub. Bu mərhələdə təmsilçimiz rumıniyalı Tiberiu Dolniçeanu ilə görüşüb. Tağıyev 5:15 hesabı ilə uduzub, mübarizəni dayandırıb (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30