25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

"Bakı-2015": Samboçularımızın qazancı 4 gümüş medal oldu

Bakı-2015 Avropa Oyunlarında bu gün sambo yarışları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 1 gün davam edən yarışda 8 idmançımız mübarizə aparıb.

Kişilər

57 kq

Bu çəkidə yarışan İslam Qasımov 1/4 finaldan mübarizəyə start verib. İdmançımız rumıniyalı Orlando Qruia ilə üz-üzə gəlib və çətinlik çəkmədən yarımfinala yüksəlib. Daha sonra gürcü Vaxtangi Çidraşvili də üstələyən samboçumuz finala yüksəlib. Həlledici qarşılaşmada Qasımov rusiyalı Aymergen Atkunovla üz-üzə gəlib. Həlledici görüşdə uduzan idmançımız gümüş medala sahib çıxıb. 

74 kq

Amil Qasımov da mübarizəyə 1/4 finaldan başlayıb. Yarımfinala gedən yolda idmançımızın rəqibi Gürcüstanı təmsil edən Kaxa Mamulaşvili olub. Rəqibinə qalib gələn Qasımov yarımfinala yüksəlib. Burada isə samboçumuz bolqar Martin İvanovu da üstələyərək, finala yüksəlib. Finalda uduzan Qasımov gümüş medala sahib çıxıb. 

90 kq

Digərləri kimi Kənan Qasımov da mübarizəyə 1/4 finaldan başlayıb. İdmançımız ukraynalı İvan Vasilçukla qarşılaşmadan qalib ayrılıb və yarımfinala adlayıb. Lakin 1/2 finalda rusiyalı Alsim Çernoskulova uduzan Kənan Qasımov bürünc medal uğrunda gürcü Davit Karbelaşvili ilə üz-üzə gəlib və rəqibinə yenilərək, beşinci olub.

+100 kq

Ən ağır çəkili idmançımız Vasif Səfərbəyov da mübarizəyə 1/4 finaldan başlayıb. Samboçumuz makedoniyalı Bayro Maşoviçlə döyüşdən qalib ayrılıb. Yarımfinalda isə Səfərbəyov Ukraynanı təmsil edən erməni idmançı Razmik Tonoyanı üstələyərək, adını finala yazdırıb. Həlledici qarşılaşmada samboçumuz rusiyalı idmançı ilə üz-üzə gəlib və rəqibinə məğlub olaraq, gümüş medala sahib çıxıb.

Qadınlar

52 kq

Nəzakət Xəlilova mübarizəyə 1/4 finaldan başlayıb. Onun rəqib rumın Sodriana İonesku olub. Xanım idmançımız “Bakı-2015”ə qələbə ilə başlayıb. Yarımfinalda isə litvalı Ruta Aksionovanı məğlub edən samboçumuz finala adlayıb. Qızıl medal uğrunda görüşdə Nəzakət Xəlilova rusiyalı Anna Xartionova ilə qarşılaşıb. Görüş samboçumuz üçün uğursuz alınıb və o, finalda uduzub. 

60 kq

Şəhanə Hüseynovanın 1/4 finaldakı rəqibi Rusiya idmançısı olub. Hüseynova Yana Kostenkoya uduzub. Rus samboçu finala adladığından Şəhanə də bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb. İlk təsəlliverici görüşdə Hüseynova gürcü Şerona Şaradzeyə qalib gəlib. Bürünc medal uğrunda həlledici qarşılaşmada samboçumuz belaruslu rəqibinə uduzaraq, medalsız qalıb.

64 kq

Fəridə Qurbanova 1/4 finalda moldovalı Yekaterina Sretu ilə görüşüb və rəqibinə uduzub. Sretu finala adlaya bilmədiyindən Qurbanova da medal qazanmaq şansını itirib.

68 kq

Nərminə Əlizadə 1/4 finalda Belarusu təmsil edən Olqa Namazova ilə münasibətlərinə aydınlıq gətirib. Namazaova finala yüksəldiyindən, Əlizadə də bürünc medal qazanmaq şansı əldə edib. Üçüncü yer uğrunda həlledici görüşdə Nərminə Əlizadə fransalı Conde Celine ilə qarşılaşıb. Nəticə uğursuz alındığından, Əlizadə medalsız qalıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30