20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Voytsex Valkeviç: “Respublika Velotreki Avropanın ən yaxşı idman obyektlərindəndir”

"Azərbaycanda velosiped idmanının inkişafına hər cür şərait yaradılıb". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Avropa Velosipedçilər Birliyinin fəxri prezidenti Voytsex Valkeviç “Azərtac”a müsahibəsində söyləyib. Onun sözlərinə görə, Bakıdakı Respublika Velotreki Avropada idmanın bu növü üzrə ən yaxşı idman obyektidir.

"Mən Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Yarışlar yüksək səviyyədə keçirilir. Təşkilatçılar peşəkarlıq və öhdəliklərin yerinə yetirilməsinə məsuliyyətli yanaşma nümayiş etdiriblər".

O, həmçinin bildirib ki, birinci dəfə Bakıda 1976-cı ildə olub. Azərbaycanın paytaxtı çox dəyişib, şəhər xeyli gözəlləşib. V.Valkeviç deyib: “Gördüklərim məni məftun etdi”.

Azərbaycanda velosiped idmanının inkişafından söz açan V.Valkeviç qeyd edib ki, böyük yarışlarda qələbə qazanmaq üçün velosiped idmanını hələ 5-7 il müvəffəqiyyətlə inkişaf etdirmək lazımdır. Avropa Velosipedçilər Birliyinin fəxri prezidenti deyib: “Ölkə rəhbərliyinin idmanın bu növünə bu cür diqqət göstərməsi sayəsində Azərbaycan idmançılarının qələbə qazanacaqları gün uzaqda deyil”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30