29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Sahib Ələkbərov: “Yarışların yüksək səviyyədə təşkili Avropa Velosipedçilər Birliyi rəhbərliyini heyran etdi”

"Diqqətəlayiq haldır ki, Bakıda Avropa Velosipedçilər Birliyinin Rəhbərlər Komitəsinin növbəti iclası keçirilir. İclasda qurumun inkişafında çox ciddi dəyişikliklərə səbəb olacaq məsələlər müzakirə ediləcək. İclasın Bakıda keçirilməsi isə təsadüfi deyil. Avropa Velosipedçilər Birliyinin rəhbərliyi “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə gəlib. Dünən onlar şosse velosiped idmanı üzrə yarışları da izləyiblər". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac” a müsahibəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartient yarışların çox yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanda dövlətin idmana diqqət və qayğısından məmnunluğunu bildirib: “Düşünürəm ki, belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi velosiped idmanının inkişafına təkan verəcək. Birinci Avropa Oyunlarının bu səviyyədə keçirilməsini biz gözləyirdik. Çünki buna hazırlaşmışdıq, əlimizdən gələni etmişdik. Xaricilər isə Avropa Oyunlarının belə yüksək səviyyədə təşkil olunmasına inanmırdılar. Ancaq Avropa Oyunlarının açılış mərasimi, eləcə də yarışların yüksək səviyyədə təşkili onları heyran etdi” - deyə S.Ələkbərov bildirib.

Azərbaycan milli yığmasının çox böyük nəticələr göstərdiklərini, idmançılarımızın komanda hesabında 2-ci yerdə getdiklərini qeyd edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti deyib ki, bütün bunlar Avropa idman ictimaiyyətini heyrətləndirib. Çünki onlar gözləmirdilər ki, Azərbaycanın bu qədər yüksək potensialı var.

S.Ələkbərov deyib: "Həm yarışların hazırlığı və keçirilməsi, həm də idmançılarımızın parlaq qələbələri ilk növbədə Azərbaycanda uğurla aparılan idman siyasətinin, Prezident İlham Əliyevin idmançılara qayğısının nəticəsidir. Söz yox ki, bu diqqət və qayğı yaxın illərdə ölkəmizdə idmanın bütün növlərinin inkişafına təkan verəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31