24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: Snayperlərimiz Oyunları medalsız bitirdi

Bu gün Bakı-2015 I Avropa Oyunlarının atıcılıq yarışlarına yekun vurulacaq. Futbolxeber.az-ın məlumatına görə, snayperlər 3 növdə mükafatçıları müəyyənləşdirəcək.

Snayperlərin yarışının son günündə qarışıq komandalar qüvvəsini sınayır. İdmançılar dairəvi stend, 10 metr məsafədən pnevmatik tapança, eyni məsafədən pnevmatik tüfənglə atəş açmaqda mükafatlar uğrunda mübarizə aparır.

Hər üç növdə yarışlar davam etsə də, artıq Azərbaycan təmsilçiləri çıxışını başa vurub. Belə ki, tapançadan atəş açmaqda İradə Aşumova ilə Ruslan Lunyov qüvvəsini sınayıb. İdmançılarımız 473 xal toplayaraq, təsnifat mərhələsini 17 komanda arasında 10-cu yeri tutub. Komandamızın aktivinə Lunyov 240, Aşumova 233 xal yazdırıb. Bu nəticə isə təmsilçilərimiz yarımfinala yüksəlməsi üçün kifayət etməyib.

Dairəvi stenddə Emin Cəfərovla Nurlana Cəfərova hədəf önünə keçib. Onlar 87 xal toplayaraq, 11 komanda arasında sonuncu olub. Avropa Oyunlarındakı son çıxışında Emin 44, Nurlana isə 43 xal yığıb. Bununla da təmsilçilərimiz yarımfinala vəsiqə qazanmayıb (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30