24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

"Bakı-2015": 5 boksçumuz 1/4 finalda

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, bu gün 5 boksçumuz 1/8 döyüşünə çıxacaq.

Kişilər

64 kq

1/16 finalda slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran təmsilçimiz Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotla üz-üzə gəlib. Ardıcıl ikinci qələbəsini qazanan boksçumuz 1/4 finala yüksəlib.

69 kq

Pərviz Bağırov mübarizəyə 1/8 finaldan qoşulur və onun ilk rəqibi moldovalı Vasili Belusdur. Təmsilçimiz ilk döyüşündə qələbə qazanmaqla adını 1/4 finala yazdırıb. Boksçumuz 1/4 finalda almaniyalı Abass Baraou ilə üz-üzə gələcək. 

75 kq

Bu çəkidə ölkəmizi təmsil edən Xaybula Musalov 1/8 finalda fransız Kristian Haller-Assomo Mbilliylə döyüşüb. Musalov da qələbə qazanmaqla 1/4 finala adlayıb. 

91 kq

Abdulqadir Abdullayev 1/8 finalda macarıstanlı Adam Hamori ilə qarşılaşıb. Rəqibini çətinlik çəkmədən məğlub edən boksçumuz adını 1/4 finala yazdırıb.

Qadınlar

60 kq

Qadın boksçumuz Yana Alekseyevna 1/8 finalda finlandiyalı Mira Potkonenlə üz-üzə gəlib və rəqibini məğlub edib. Alekseyevna 1/4 finalda mübarizə aparmaq imkanı qazanıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30