29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: Ailə bağları badmintonda birləşir

Bazar ertəsi Bakı 2015-də badminton üzrə kişilər arasında cütlüklərin oyunları başlayır. Futbolxeber.az-ın məlumatına görə, artıq indidən bu oyunun dörd nəhəngi arasında qızıl medal görüşünün perspektivlərindən danışılır.

Maraqlısı odur ki, badminton cütlükləri arasında ailə bağları olanlar çoxdur. İrlandiyalıların qardaş-bacı və qardaş-qardaş birləşməsi, bolqarların qadınlar arasında görüşə bacıları göndərməsi onu göstərir ki, bütün üç cütlük oyununda səviyyə eyni olacaq.

London 2012-nin gümüş medalçıları, dünyanın 2 nömrəli cütlüyü Matias Boe və Karsten Moqensen (Danimarka) B qrupunda yarışacaq. Onlar artıq indidən 27 iyunda keçiriləcək finala hazırlaşırlar.

Onları Bakıdakı finalda Rusiyalı Vladimir İvanov və İvan Sozonov cütlüyü gözləyə bilər. Rus cütlüyü keçən il Kazanda keçirilən Avropa çempionatının yarımfinalında Boe və Moqenseni məğlub edərək finala çıxmış və qızıl medal qazanmışdılar.

Badminton yarışlarında danimarkalılar Bakıda ən yüksək yerdədir. Futbol və həndboldan sonra badminton onların ölkəsində populyarlığına görə 3-cü yerdə olduğu üçün, danimarkalı idmançılar burada böyük məsuliyyət daşıyırlar.

Danimarkanın qarışıq qrupda ikiqat qızıl mükafatçısı və ümid yeri olan Niklas Nohr özünü danimarkalılarla görüşə hazırlayır: “Biz onların, Boe və Moqensenin gəlişlərini gözləyirik.Bu bizdən çoxlu diqqət tələb edir”.

Nohrun tərəfdaşı Sara Siqesen (Danimarka) olacaq. Onlar Vitaliy Durkin və Nina Vislovadan (Rusiya) sonra qarışıq cütlükdə üçüncü sırada durur. Lakin bu yarışda Danimarka və Rusiyanın üstünlük təşkil etməsi İrlandiya tərəfindən kənara atılıb.

İrlandiyanın qardaş-bacı cütlüyü - Sam və Xlo Maqii ən yüksək sırada olan və dünyada 22-ci yerdə qərarlaşan cütlükdür. Sam digər tərəfdən həm də kişilər arasında cütlükdə üçüncü qardaşı Coşua Maqii (İrlandiya) ilə birlikdə oynayır.

Ailə bağları çox vaxt uğuru ikiqat artırır. Bolqarıstandan Stoyeva bacıları da məhz bu bağlara arxalanaraq qadınlar arasında yarışda qalib olacaqlarına ümid edirlər. Aralarında bir il fərq olan Stefani və Qabriyela Stoyeva, dünyada 14-cü sıradadır. Onlar ilkin mərhələ qruplarında Rusiya, Danimarka və Türkiyədən olan cütlüklərə çətin oyun keçirəcəklər.

Qeyd edək ki, badminton yarışları 22 iyun bazar ertəsi Bakı İdman Zalında saat 9:00-da başlayır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31