25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Boksçumuz: “Hər şeyi Azərbaycan üçün etməyə hazırıq”

“Bu qələbə mənə möcüzə kimi görünür. Sevinc hisslərimi sözlə ifadə etmək mənim üçün çox çətindir. Döyüş çox çətin keçdi. Çünki bu rəqibimlə əvvəllər də qarşılaşmışdım və görüş onun xeyrinə başa çatmışdı. Xatırlayıram ki, mən ona ilk dəfə məğlub olanda başımı belə qaldıra bilmirdim”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində birinci Avropa Oyunlarında ölkəmizi boks yarışlarında təmsil edən qadınlardan ibarət milli komandanın üzvü Yana Alekseyeva finlandiyalı boksçu Mira Potkinen üzərində qazandığı təmiz qələbədən sonra deyib.

Azərbaycan boksçusu azarkeşlərin dəstəyini xüsusi vurğulayıb: "Qələbəmdə azarkeşlərin və atamın, eyni zamanda, məşqçimin rolu çox böyükdür. İlk dəfədir ki yarışlarda belə azarkeş dəstəyi görürdüm. Tribunadan komandamızın digər üzvlərinin səsini də eşidirdim. Hər dəfə yorulanda onların dəstəyi məni daha da ruhlandırdı və daha inamla döyüşməyə başladım. Həmin an içimdə yalnız revanş almaq keçirdi. Biz hər şeyi Azərbaycan üçün etməyə, Azərbaycan bayrağını qaldırmağa hazırıq".

Onun sözlərinə görə, boks Olimpiya idman növü olduğundan burada böyük rəqabət var. Xüsusən də onun çıxış etdiyi çəki dərəcəsi qadınlar arasında orta çəki hesab olunduğundan burada rəqabət böyükdür. Y.Alekseyevna deyib:"Bakı-2015" ilk Avropa Oyunlarında ən güclü rəqibim irlandıyalı Keti Teylor mənim kumirimdi. Amma buna baxmayaraq inanıram ki, atamın köməyi ilə bu baryeri də keçərəm".

Azərbaycan boksçusu Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib: "Mən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm. Deməliyəm ki, bu Oyunlar çox gözəl və yüksək səviyyədə keçirilir. Əməyi olan hər bir kəsə təşəkkür edirəm ki, bizim üçün belə bir şərait yaradılıb, dünyanın ən məşhur boks ulduzları Bakıya yığışıb".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30