20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015”in əkiz qardaşları: “Gələcəkdə bura voleybol çempionatına gəlmək istərdik”

“Ailəmiz voleybolçulardan ibarətdir, anamız və bacımız voleybol üzrə məşqçilərdir, biz isə Bolqarıstan yığmasında oynayırıq. Mövsüm zamanı ayrı-ayrı, müxtəlif komandaların tərkibində çıxış edirik, yığmada isə həmişə bir yerdə oluruq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının voleybolçuları - əkiz qardaşlar Georgi və Valentin Bratoyevlər “Azərtac”a verdikləri müsahibədə söyləyiblər.

Georgi Bratoyev deyib: “Birinci Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçir. Burada çox güclü komandalar yarışırlar. 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarından sonra “Bakı 2015” belə yüksək səviyyədə keçirilən ikinci yarışdır”.

Valentin Bratoyev qeyd edib ki, dörd oyundan üçündə Bolqarıstan komandası qalib gəlib və yalnız Almaniya komandasına uduzub. Bu turnirdə ən güclü komandalar, onun fikrincə, Almaniya və Rusiya yığma komandalarıdır. Fransa, Polşa və Slovakiya komandaları da güclüdür. Valentin Bratoyev sözünə əlavə edərək deyib: “Rusiya ilə oyun asan olmadı. Sevinirik ki, dörddə bir finala çıxdıq”.

Qardaşlar qeyd ediblər ki, onların başlıca məqsədi bütün Oyunları udmaqdır.

Georgi Bratoyev Azərbaycan yığması haqqında təəssüratlarını bölüşərək deyib: “Biz Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının oyunlarına tamaşa edirik. Onlar çox yaxşı oynayırlar və öz qruplarında turnir cədvəlində birinci sıradadırlar. Onların birinci Avropa Oyunlarının çempionları olmaq şansı çoxdur. Kişilərdən ibarət yığma komanda da qadın voleybol komandası kimi yaxşı oynasaydı, çox gözəl olardı. Gələcəkdə Bakıya voleybol çempionatına gəlmək istərdik. Voleybol çox maraqlı oyundur və burada göstərməli məqam çoxdur”.

Bolqarıstan idmançıları deyiblər ki, Azərbaycanda bütün oyunlar zamanı azarkeşlərin dəstəyi onları çox ruhlandırıb. Georgi Bratoyev deyib: “Bu dəstək oyunun çətin məqamlarında köməyimizə gəlir. Bu gün də bizi dəstəkləyənlərə minnətdarlığımı bildirirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30