25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Azad Rəhimov: “Avstriyalı idmançının ölüm xəbərini yayan…”

Gənclər və İdman naziri iyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində qəza nəticəsində yaralanmış avstriyalı idmançı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Azad Rəhimov APA-ya açıqlamasında bildirib ki, avstriyalı idmançı Vanessa Sahinoviçin səhhəti ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılması həm jurnalistika prinsiplərinə, həm də insani dəyərlərə ziddir: “Hesab edirəm ki, hər bir jurnalist, media orqanı öz fəaliyyətində jurnalistikanın peşəkarlıq, obyektivlik və qərəzsizlik kimi prinsiplərini rəhbər tutmalıdır. Təəssüf ki, bir sıra KIV-lər ayrı-ayrı daxili və xarici dairələrin maraqlarına uyğun olaraq l Avropa Oyunları kimi mühüm beynəlxalq idman tədbirinin əhəmiyyətini azaltmaq və bu məqsədlə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaq yolunu tutmuşlar. Buna görə də heç bir araşdırma aparmadan avstriyalı idmançının ölüm xəbərini yayan media orqanlarının milli ruhdan, vətənpərvərlik hisslərindən məhrum olduğunu deməyə tam əsas vardır. Belə dezinformasiyalar l Avropa Oyunlarının keçirilməsi ilə bağlı iki il yarım ərzində reallaşdırılan böyük işlərə ləkə yaxmaq cəhdindən, bunda zəhməti olan insanlara hörmətsizlikdən başqa bir şey deyildir.

Bu həm də humanizm prinsiplərinə ziddir, idmançının ciddi sarsıntı keçirmiş ailəsinə və yaxınlarına qarşı mənəvi zərbədir. Ümid edirəm ki, qarşıdan gələn dövrdə media l Avropa Oyunlarının əhəmiyyətini, bu mühüm idman tədbirinə bütün dünyada böyük diqqət göstərildiyini  nəzərə alacaq və onunla bağlı məlumatların təqdimatına daha məsuliyyətlə yanaşacaqdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30