23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Mehman Sadıqovdan növbəti medal

 

Ukraynanın paytaxtı Kiyev şəhərində gənclər arasında Avropa Kubokuna yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, turnirdə Azərbaycanı və "Qəbələ" İdman Klubunu təmsil edən Mehman Sadıqov bürünc medala sahib olub. Aprel ayında Yunanıstanda keçirilən Gənclərin Avropa Kubokunda 55 kq çəki dərəcəsində qızıl medal qazanan cüdoçumuz Kiyevdə 60 kq-da qüvvəsini sınayıb və ilkin imtahandan üzüağ çıxıb. 
Xatırladaq ki, Azərbaycan yığma komandasının heyətində Kiyevə yollanan 20 idmançıdan 5-i "Qəbələ" İdman Klubunun üzvü olub - Mehman Sadıqov, Cəlil Cəlilov, Vasif Şərbətli, Mərdan Qədirli, Dilavər Şirvanlı. Millimiz Ukraynadan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüb. 60 kq çəkidə mübarizə aparan Rəşad Rufullayev bütün rəqiblərindən güclü olub. Davud Məmmədov 55 kq-da gümüs medal qazanib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30