29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: Mikeç ikinci qızılını qazandı

Damir Mikeç Bakı 2015-də kişilər arasında 50m məsafədən hava tapançası ilə atəş üzrə yarışda ikinci qızıl medalını qazanaraq Serbiya komandasını atıcılıq üzrə 4-cü yerə çıxarıb. Futbolxeber.az-ın məlumatına görə, çərşənbə günü 10 metr məsafədən havaya atəş üzrə yarışda qalib olan Mikeç, bu gün 20 atışdan 11-də qalib olub və yarışda üstünlüyü ələ ala bilib.

Pavol Kop (Slovakiya) gümüş medal və Rio 2016 Olimpiya Oyunları üçün kvota yeri qazanıb, bürünc medal mükafatçısı Abdullah Ömər Alimoğlu (Türkiyə) isə karyerasında ilk beynəlxalq medal sevincini yaşayıb.

Mikeç müsahibəsində deyib: “Biz atıcılıq üzrə yaxşı inkişaf etməmiş kiçik ölkəyik. Bu idman növü üçün şəraitimiz də yaxşı deyil, ancaq dövlət bizə digər ölkələrə getməkdə və orda atıcılıq üzrə məşq düşərgələrində iştirak etməkdə kömək edir, buna görə onlara minnətdarıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31