25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: İdmana gec başlasa da, erkən uğur qazandı

Bugün İsveçrə, Bakı 2015 ilk Avropa Oyunlarının ilk günündə qazandığı 3 qızıl medala daha birini əlavə edib. Futbolxeber.az-ın məlumatına görə, medal mükafatının sahibi isə, qadınlar arasında atıcılıq üzrə 25 metrdən tapança ilə yarışı qalibiyyətlə bitirmiş Dietelm Qerberdir.

46 yaşlı Qerber, ilk dəfə 33 yaşında yerli turnirdə atəş açmağa başlayıb və bundan sonra yaxşı atəş açmaq və beynəlxalq komandaya qoşulmaq üçün atıcılıq üzrə məşqlərə başlayıb. O, yalnız 6 ildir ki, beynəlxalq yarışlarda iştirak edir. Lakin idmançı, bu vaxta qədər itirdiyi zamanı talafi edib. Belə ki, isveçrəli idmançı qızıl medal mərhələsində dünyanın üç nömrəli oyunçusu bolqarıstanlı Antoaneta Bonevanı geridə qoymağı bacarıb və Rio 2016 Olimpiya Oyunlarına vəsiqə əldə edib. Bununla da, bolqar Boneva gümüş medalın sahibi olub.

Atıcı Qerber, çərşənbə günü Bakı Atıcılıq Mərkəzində baş tutmuş qadınlar arasında 10 metrdən hava tapançası ilə atəş yarışlarında da finalçı olub. Qeyd edək ki, o, ilk Dünya Kubokunu keçən il ABŞ-da, Fort Benninqdə qazanıb. Uğurları barədə bildirən idmançı belə deyib: “Dünya Kuboku uğrunda ilk yarışım 2009-cu ildə olub. Məqsədim London 2012 Olimpiyasına qoşulmaq idi. Mən həqiqətən çox çalışdım və 2011-ci il Avropa Çempionatına iştirak hüququ və London Olimpiya Oyunlarına kvota xalı qazandım. İndi isə hər il kiçik addımlarla irəliləyirəm. Növbəti hədəfim Riodur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30