20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2015”: “Erməni boksçu qaydaları pozurdu”

“Albert Səlimov əvvəllər Avropa və dünya çempionu olmuş, təcrübəli boksçudu”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan yığmasının məşqçisi Nəriman Abdullayev deyib.

I Avropa Oyunlarında 60 kq çəki dərəcəsində boks yarışlarında təmsilçimiz Albert Səlimov ilk görüşdən qələbə ilə ayrılıb. Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla qarşılaşan təcrübəli idmançımız rəqibinə şans verməyərək, hər 3 raundda qalib gəlib.

Bu görüşlə bağlı danışan Abdullayev idmançımızın layiqli qələbə qazandığını qeyd edib.

O bildirib ki, Gürcüstan boksçusu döyüş ərzində bir neçə dəfə qaydaları pozub: “Birinci görüş çətin oldu. Çünki Gürcüstan boksçusu kifayət qədər aqressiv idi və qaydaları pozurdu. Ancaq gördüyünüz kimi, Albert qələbə qazandı. Ümumiyyətlə, komandamız bu yarışa çox ciddi hazırlaşıb. İdmançılarımız güclü olduqlarını isbatlayacaqlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30