25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

“Bakı-2015”: “Dünyada ən yaxşı atıcılıq mərkəzi Azərbaycandadır”

 “Mən Bakıya və Azərbaycan xalqına valeh oldum. Dünən İçərişəhərdə gəzirdim. Bakının bu hissəsi bütün şəhərin kompozisiyası ilə çox ahəngdardır! Azərbaycanda dostlarım çoxdur. Sizin ölkəniz həqiqətən mədəniyyətlərin, dinlərin, tarix ilə müasirliyin qovuşduğu məkandır. İdman sahəsində də Bakının və Azərbaycanın dünyada şöhrəti artır. Ölkənizin başqa sahələrdə tərəqqisi fonunda onun idman uğurları fantastik təsir bağışlayır. Düzdür, mən birinci Avropa Oyunlarında mükafatçı ola bilmədim, amma əvəzində Bakı haqqında, sizin gözəl xalqınız haqqında unudulmaz xatirələrim qalacaq”. Futbolxeber.az-ın məlumatına görə, serbiyalı idmançı, birinci Avropa Oyunlarında 50 metr məsafədən kiçik çaplı tüfəngdən 3 vəziyyətdə (diz üstə, uzanmış halda və ayaq üstə) atəşaçma yarışlarının iştirakçısı İvana Maksimoviç bu sözləri “Azərtac”a eksklüziv müsahibəsində söyləyib.

Serbiyalı idmançı “Bakı-2015” Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsindən məmnun olduğunu bildirib.

İ.Maksimoviç daha sonra deyib: “Birinci Avropa Oyunlarının təşkili hər cür tərifə layiqdir. İdman zalları ən müasir məşq qurğuları ilə təchiz edilib. Bütün sutka ərzində işləyən yeməkxanada Avropa və Azərbaycan mətbəxinin ən yaxşı yeməkləri təklif edilir. Bakı Atıcılıq Mərkəzi barədə danışmaya bilmərəm. Bu mürəkkəb idman qurğusunun hansı müddət ərzində tikilməsi barədə mənə verilən məlumata inana bilmədim. Səmimi sözümdür, bu, dünyada ən yaxşı atıcılıq mərkəzidir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30