19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015”: Yığmamız 10-cu yeri tutdu

Bu gün Bakı-2015 I Avropa Oyunlarında aerobika gimnastikasında növbəti yarış keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında qrupların təsnifat mərhələsi baş tutub.

11 komandanın mübarizəsində Azərbaycan yığması da qüvvəsini sınayıb. Millimizi yarışda Yekaterina Kotlyarova, Vera Bosıx, Timur Ələkbərov, Elçin Məmmədov və Vladimir Dolmatov təmsil edib.

Yığmamız 17,383 xal toplayaraq, 11 komanda arasında 10-cu olub və yalnız Ukraynanı qabaqlaya bilib. Bununla da millimiz mübarizəni dayandırıb. Final mərhələsinə isə ilk 6 yeri tutan komandalar - Rumıniya, İspaniya, Macarıstan, Rusiya, Fransa və İtaliya adlayıblar.

Qeyd edək ki, qrupların final mərhələsi iyunun 21-də keçiriləcək (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30