18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Bakı-2015”: Albaniyalı boksçu dopinqdə ilişdi, Atletlər kəndindən çıxarıldı

Bakı-2015 Avropa Oyunlarına qatılan idmançıların istifadəsi qadağan olunmuş dərman preparatlardan yararlanmağına PWS şirkəti nəzarət edir. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına açıqlamasında Gənclər və İdman Nazirliyinin “Dopinqə qarşı mübarizə sektoru”nun rəhbəri İradə Rüstəmzadə deyib.

O bildirib ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) tərəfdaşlarından olan PWS şirkətinin mütəxəssisləri Avropa Oyunlarının ilk günündən Bakıdadı. Onlar istədikləri atleti hətta yarışa qatılmazdan öncə belə yoxlayırlar.

Rüstəmzadənin sözlərinə görə, artıq antidopinq yoxlamalarının ilk nəticələri məlumdu. Yoxlamalardan sonra orqanizmində istifadəsi qadağan olunun dərman preparatı tapılan ilk idmançı da bəllidi. Bu, Albaniya millisinin boksçusu Reşildo Zenelidi.

56 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançının qanında furosemid preparatı tapılıb. Rüstəmzadə bildirib ki, bu gün rinqə çıxmalı olan boksçu artıq Atletlər kəndindən çıxarılıb və onun 1/8 finalda döyüşməli olduğu Dmitri Asanov (Belarus) növbəti mərhələyə vəsiqə qazanıb.

“Dopinqə qarşı mübarizə sektoru”nun rəhbəri onu da bildirib ki, bu yoxlamalar hər gün davam edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30