26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Bürünc medalçımız: “Söz verirəm ki, dünya çempionatında ...”

“İnanıram ki, mənə olan etimadı doğrulda bildim. Bürünc medal qazanmaqla Avropa tarixində ilk dəfə olaraq keçirilən idman bayramına adımı yazdırmaqdan çox şadam”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində keçirilən sərbəst güləş yarışlarında üçüncü yeri tutan Azərbaycan atleti Ruslan Dibirhacıyev söyləyib.

R.Dibirhacıyev deyib: “Əlbəttə, birinci yeri tutmaq, azarkeşlərə, ailəmə daha böyük sevinc yaşatmaq istəyirdim. Bürünc medal qazandım. Amma bu da məni sevindirir. Şadam ki, mənə olan inamı doğrulda bildim. Minlərlə adlı-sanlı idmançı arasında qələbə qazanmaq çox gözəl hissdir. Tamaşaçıların ürəkdən azarkeşlik etməsi mənə əlavə güc verdi. Buna görə də medalı onlara həsr edirəm. Bundan sonra dünya çempionatına hazırlaşacağam. Azarkeşlərə söz verirəm ki, dünya çempionatında qızıl medal qazanacağam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30