28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: “Qızıl medal qazana bilmədiyimə görə, Azərbaycan xalqından üzr istəyirəm”

“Öncə sona qədər mənə dəstək olan və inanan Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Təəssüflər olsun ki, yığmamızın hesabına qızıl medal yazdıra bilmədim. Buna görə, Azərbaycan xalqından üzr istəyirəm”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına açıqlamasında Azərbaycan taekvondoçusu Fəridə Əzizova deyib.

Avropa Oyunlarının finalında Anastasiya Barişnikovaya (Rusiya) məğlub olaraq, gümüş medalla kifayətlənən idmançımız məğlubiyyətin səbəbini açıqlayıb. O bildirib ki, əsas hədəfi çempionluq olsa da, səhvləri qələbəsinə mane olub: “Artıq 4-cü dəfədi  rusiyalı idmançıya yenilirəm. Yəqin ki, bu mənim səhvimdən baş verir. Hər dəfə eyni səhvi edirəm və onu heç cür düzəldə bilmirəm. Bundan sonrakı mübarizələrdə onu yenmək üçün səy göstərəcəyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31