19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

"Bakı-2015": Taekvandoçularımız 1 qızıl və 1 gümüş medal qazandı (Yenilənib)

Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, bu gün daha 2 dəst medalın sahibi bəlli olacaq.

Qadınlar
 
67 kq
 
Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. Holland rəqibini üstələyən təmsilçimiz 1/4 finala adlayıb. Burada Əzizova Türkiyə idmançısı ilə qarşılaşıb. Güclü rəqibini 6:2 hesabı ilə məğlub edən Əzizova yarımfinal adlayıb. Bu mərhələdə o, isveçli Elin Yohanssonla üz-üzə gəlib və 5:2 hesablı qələbə qazanmaqla finala adlayıb. Həlledici qarşılaşmada Əzizova rusiyalı rəqibinə 5:6 hesabı ilə uduzaraq, gümüş medalla kifayətləib. 
 
Kişilər
 
80 kq
 
Ölkəmizi bu çəkidə təmsil edən Milad Beiqi Harçeqani ilk mərhələdə serbiyalı Damir Feyziçlə qarşılaşıb və rəqibini 12:0 hesabı ilə üstələyib. 1/4 finalda təmsilçimiz Böyük Britaniyadan olan rəqibi ilə qarşılaşıb. Ardıcıl ikinci qələbəsini qazanan Milad Beiqi Harçeqani yarımfinala yüksəlib. Finala yedən yolda idmançımız portuqaliyalı Julio Ferreiranı məğlub etməlidir. İdmançımız yarımfinalda da lazımı nəticəni qazanıb. Portuqaliyalı rəqibi üzərində qalib gələn taekvandoçumuz finala yüksəlib. Həlledici qarşılaşamada da qalib gələn idmançımız qızıl medala sahib çıxıb. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30