25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Birinci Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil edilib”

“Mən Bakıda ilk dəfədir ki, oluram. Dünən şəhəri gəzmək imkanım oldu. Məndə Bakı haqqında ən yaxşı təəssüratlar yarandı. Şəhər çox gözəldir, təmizdir və insanları gülərüzdür. İlk Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil edilib. Dərhal hiss olunur ki, bütün bunlar həvəslə hazırlanıb”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində birinci Avropa Oyunlarının güllə atıcılığı üzrə iştirakçısı (tüfəng, 50 metrdən uzanaraq), dəfələrlə Dünya Kuboku sahibi olan Fyodor Vlasov deyib.

“Azərbaycana birinci dəfə keçən il gəldim. Həmin vaxt Qəbələdə Dünya Kubokunun finalında iştirak edirdim. Avropa Oyunlarında çıxışlarımın nəticəsində yeganə çatışmazlıq isə havanın çox küləkli olmasıdır. Lakin bu, mənim Bakı haqqında təəssüratımı heç vaxt dəyişməyəcək. Bakıya valeh oldum və yaxın vaxtlarda doğmalarımla birgə bu şəhərə mütləq gələcəyəm”, - deyə F.Vlasov qeyd edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30