23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Bakı-2015”in 13 yaşlı iştirakçısı: "Finala yüksələ bilmədiyim üçün məyus oldum"

İlk Avropa Oyunlarının bu gün Su İdmanı Mərkəzində keçirilmiş kişilər arasında suya tullanma yarışlarında ən gənc idmançı 1 metrlik tramplin üzrə ilkin raunda gedərkən çətinliklə üzləşib. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı Nikita Krivopişin sözügedən yarışda finala yüksələ bilmədiyi üçün diqqətini sudan tullanma üzrə platforma və 3 metrlik sinxron tramplinlər növü üzrə yarışlara yönləndirməli olacaq.

13 yaşlı idmançı daha yaxşı çıxış nümayiş etdirə bilərdi. Belə ki, onun suya tullanma hərəkətlərindən ikisi uğursuz alınıb. Xüsusilə də səkkizinci cəhdi yaxşı alınmadığına görə 30 iştirakçı arasında təqdirəlayiq şəkildə 17-ci yerə layiq görülüb.

Qeyd edək ki, bu uğursuzluqla nəticələnən hərəkət, çətinlik dərəcəsi 2,3 olan arxaya yarım salto çıxışı olub. Və gənc idmançı bununla yalnız 24,15 xal toplaya bilib.

İstədiyi nəticəni əldə edə bilməyən Krivopişin ilk yerlərdə qərarlaşa bilməsə də, Bakı 2015-də iştirak etdiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib: “İki dəfə suya pis tullandım. Finala yüksələ bilmədiyim üçün məyus oldum. Lakin öyrənmək üçün burdayam. Burada olduğum üçün fəxr edirəm və bilirəm ki, digər idmançılar məndən yaşca böyükdürlər”(baku2015.com).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30