26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: “Azərbaycana növbəti medalı qazandırmaq istəyirəm”

“İlk görüşümü keçirdiyim hollandiyalı idmançını tanımırdım. Bundan əvvəllər mən onun döyüşlərini izləməmişdim və heç vaxt qarşılaşmamışdım. Onunla dayanq üzərində ilk dəfə görüşdüm. İlk görüşüm olduğu üçün bir az həyacanlıydım və ona görə döyüş çətin keçdi. Çünki ilk görüşdə hər bir idmançı üçün çətin olur. Buna baxmayaraq azarkeşlərimizin də mənə dəstəyi sayəsində qalib gəldim”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində iyunun 18-də “Baku Crystal Hall”da keçirilən qadınlar arasında keçirilən taekvondo yarışlarında dörddəbir final mərhələsinə yüksələn Fəridə Əzizova (-67kq) deyib.

Avropa çempionatının mükafatçısı F.Əzizova qeyd edib ki, növbəti mərhələdə döyüşəcəyim rəqibim türkiyəli idmançı Nur Tatardır. O, da güclü rəqiblərdən biridir. Burada zəif rəqib və ya asan keçən döyüş yoxdur. Onun da öz nailiyyətləri var. O, son dünya çempionatının gümüş medalçısıdır. Bu idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur. Rəqibimin güclü olmasına baxmayaraq, qələbə qazanmağa çalışacağam, çünki udulmayan rəqib yoxdur.

Azərbaycan təmsilçisi deyib: "Azarkeşlərimiz fəaldırlar və daima bizi dəstəkləyirlər. Hətta bəzi vaxtlarda yorğun olanda belə dövlətimizin başçısının, azarkeşlərin, xalqımızın dəstəyini görəndə biz idmançılarda deyərdim ki, ikinci nəfəs açılır, ruh yüksəkliyimiz artır və daha da böyük qüvvə ilə rəqibi məğlub etməyə çalışırıq. Ona görə də növbəti döyüşümdə də azarkeşlərin dəstəyini gözləyirəm. Çünki mən bu yarışda ölkəmə növbəti medal qazandırmaq istəyirəm. İnşallah bu medalın əyarı qızıl olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30