19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Çingiz Hüseynzadə: “Xarici federasiya rəsmiləri paytaxtımıza valeh olublar”

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin Olimpiya çempionları Rəfiqə Şabanova və Nazim Hüseynovun iştirak etdiyi görüşə yarışın VI günündə, yəni dünən fəxri kürsüyə qalxan idmançılar qatılıblar.

MOK rəsmisi qızıl mükafatçılar Ayxan Tağızadə (taekvondo, 68 kq), Toğrul Əsgərov (sərbəst güləş, 65 kq), Xetaq Qazyumov (97 kq) və bürünc medal qazanan Cəbrayıl Həsənovu (sərbəst güləş, 74 kq) mükafatlandırıb.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə dünənki nailiyyətlərdən məmnun qaldıqlarını bildirib: “Zəfər günləri”miz davam edir. Dünən də idmançılarımız üçün uğurlu oldu. Güləşçilərimiz 3 medal qazandılar ki, ikisinin əyarı qızıl idi. Bir taekvondoçumuz da qızıl medala sahib çıxdı. Artıq beş gündü burda “Zəfər günü” keçiririk və hər gün yeni idmançılarla görüşürük. İnanıram ki, zəfərlərimiz davam edəcək”

MOK-un vitse-prezidenti xarici qonaqların da Bakı-2015-dən ağızdolusu danışdıqlarını vurğulayıb: “Bakıya gələn xarici qonaqlar, federasiya rəsmiləri paytaxtımıza valeh olublar. Onlar Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bildiriblər”.

Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar və onlara hədiyyələr təqdim olunub.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30