8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Digər idman növləri

“Bakı-2015”də iştirak etmək bizim böyük uğurumuzdu”

“Birinci Avropa Oyunlarında iştirak etmək bizim böyük uğurumuzdur. Bu, böyük nailiyyətdir. Çox şadıq ki, ölkəmizi bu möhtəşəm yarışlarda layiqincə təmsil edə bildik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri sərbəst kombinasiyalı sinxron üzgüçülük yarışlarının final mərhələsinin qalibi olmuş Rusiya komandasının üzvləri jurnalistlərə müsahibələrində söyləyiblər.

Rusiya idmançıları vurğulayıblar ki, yarışlar yüksək səviyyədə təşkil edilib, Bakı Su İdmanı Sarayı onların ikinci evinə çevrilib: “Bütün komandalar güclü idi və finalda yaxşı çıxış etdilər. Amma biz lap əvvəldən özümüzü qızıl medala hazırlamışdıq və məqsədimizə nail olduq. Bizi dəstəklədiklərinə görə bütün azarkeşlərə “çox sağ olun” deyirik”.

Mənbə: azertag.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30