20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Bakı-2015": Güləşçilərimizdən 1 qızıl, 1 bürünc medal (Yenilənib)

Bu gün Bakı-2015 I Avropa Oyunlarında sərbəst güləş yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, ilk yarış günündə qadınlar arasında 48, 55, 60 və 69 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Hər 4 çəkidə təmsilçimiz mübarizə aparıb.

48 kq

Bu çəkidə millimizin liderlərindən olan Mariya Stadnik yarışır. İlk mərhələdən azad olan təmsilçimiz, 1/8 finalda portuqaliyalı Kosta Dos Santosu məğlub edirərək 1/4 finala adlayıb. Yarımfinala gedən yolda Stadnik fransalı güləşçini də məğlub edərək, yarımfinala yüksəlib. Finala vəsiqə qazanmaq üçün idmançımız polşalı güləşçi ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda da rəqibinə şans tanımayan Stadnik Azərbaycana növbəti qızıl medalı qazandırıb. 

55 kq

Bu çəki dərəcəsində ölkəmizi Natalya Sinişin təmsil edir. 1/8 finalda o, İtaliya idmançısı Luizzi Patrizianı məğlub edib. 1/4 finalda Sinişin türkiyəli güləşçi ilə qarşılaşıb. Ardıcıl ikinci rəqibini üstələyən idmançımız yarımfinala yüksəlib. Sinişinin növbəti rəqibi polşalı güləşçi olub. Lakin təmsilçimiz yarımfinalda uduzub. Belədə o, bürünc medal uğrunda mübarizə aparıb. Həlledici görüşdə qələbə qazanan təmsilçimiz bürünc medala sahib çıxıb. 

60 kq

Bu çəkidə növbəti medal ümidimiz - Yuliya Ratkeviç mübarizə aparır. O da mübarizəyə 1/8 finalda qoşulub. Lakin təmsilçimiz gözlənilmədən Bolqarıstan idmançısı Yusein Taybeyə uduzub. 

69 kq

Bu çəkidə isə millimiz Nadio Muşka ilə təmsil olunur. 1/8 finalda Muşka Rusiya idmançısı Nataliya Vorobyovaya uduzub. 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30