29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bakı-2015”: Taekvondoçularımız rəqiblərini tanıdı

Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışlarının püşkü atılıb. Futbolxeber.az-ın məlumatına görə, 4 gün davam edəcək mübarizədə Azərbaycan millisinin üzvləri də ilk rəqiblərini tanıyıblar.

Belə ki, iyunun 16-da tatamiyə çıxacaq Məhəmməd Məmmədov (58 kq) Oyunlara israilli Gili Haimovitslə start verəcək. Görüş saat 10:45-də başlayacaq.

Həmin gün saat 10:30-da Patimat Abakarova (49 kq) rusiyalı Aleksandra Liçaqina ilə münasibətinə aydınlıq gətirəcək.

İyunun 17-də çəkisi 68 və 57 kq olan taekvondoçular mübarizə aparacaqlar. Təmsilçilərimizdən Ayxan Tağızadə (68 kq) saat 10:45-də Yure Pantarı (Sloveniya), Günay Ağakişiyeva (57 kq) saat 10:30-da Draqana Qladoviçi (Serbiya) sınağa çəkəcək.

Püşk iyunun 18-də tatamiyə çıxacaq Milad Beiqi Harçeqaniyə (80 kq) serbiyalı Damir Feyziçi qismət edib. Qarşılaşma saat 10:45-də başlayacaq. Həmin gün 10:30-da tatamiyə çıxacaq Fəridə Əzizova (67 kq) Coys van Baarenlə (Hollandiya) qarşılaşacaq.

Komanda yoldaşlarından fərqli, yarışlarının son günü - iyunun 19-da yarışa qatılacaq Radik İsayev (+80 kq) ilkin mərhələdən azaddı. Qadınlardan ibarət millimizin ən ağır çəkili idmançısı Marina Tedeyeva (+67 kq) Marina Konyeva (Ukrayna) ilə döyüşəcək. Qarşılaşmanın start fiti saat 10:15-də veriləcək.

Qeyd edək ki, taekvondo yarışları Bakı Kristal Zalda olacaq (apasport.az). 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31