28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Azərbaycanda velosiped idmanının inkişafı üçün böyük işlər görülür”

Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar ölkəmizdə olan Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti Brayn Kukson qadın dağ velosipedçilərinin mübarizəsi başa çatdıqdan sonra Azərbaycan mətbuatına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, Brayn Kukson “Bakı-2015”in yüksək təşkilatçılığını qeyd edib: “Bu mənim gözəl tarixə malik Bakıya ilk səfərimdir. Avropa Oyunları kifayət qədər yüksək səviyyədə təşkil olunub, açılış mərasimi isə olduqca möhtəşəm idi. Bir qədər əvvəl qadınların dağ velosipedi növündə qaliblərə mükafatları təqdim etdik. İdmançılar arasında kifayət qədər titullu atletlər var və bu amil Avropa Oyunlarının yüksək standartlara malik olmasından xəbər verir. Dağ Velosipedi Parkı isə sadəcə möhtəşəmdir və burada idmançıları olduqca çətin mübarizə gözləyir”.

Beynəlxalq Velosipedçilər İttifaqının rəhbəri Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədovla görüşündən də söz açıb: “Mən dünən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti cənab Fazil Məmmədovla görüşdüm və biz bu idman növünün Azərbaycanda gələcək inkişaf planları haqda danışdıq. Son illər ərzində Azərbaycanda bu sahədə xeyli iş görülüb. Bu gün səhər isə federasiyanın yeni ofisində və yenilənmiş Velotrekində oldum. Həmçinin mənə məlumat verildi ki, Azərbaycanda yeni qapalı Velodrom inşa olunacaq. Çox şadam ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün böyük işlər görülür və bunun davamlı olmasını arzulayıram”.

O, 3 il sonra ölkəmizdə keçirilməsi ehtimal olunan dünya çempionatı haqda da fikilərini bölüşüb: “2018-ci ildə BMX üzrə Dünya Çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı məsələyə gəlincə, bu yarışın Azərbaycanda təşkilindən məmnun olarıq. Ümid edirəm ki, yaxın zamanda bununula bağlı müzakirələri yekunlaşdırıb ortaq məxrəcə gələcəyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31