20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2015”in qalibi: “Qarşıda qazanılası çox yarışlar var"

Bilgəh Çimərliyində kişilər arasında keçirilən triatlon yarışının qızıl medalını qazandıqdan sonra Qordon Benson mətbuat işçilərinə açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, yarışı qalib kimi birtirən Benson deyib ki, Böyük Britaniyanın Avropa Oyunlarındakı ilk qızıl medalını qazandığı üçün çox xoşbəxtdir.

O, qələbəyə görə komanda yoldaşlarına da təşəkkür edib: “Triatlon fərdi idmandır, lakin mən bunu öz komanda yoldaşlarım olmadan edə bilməzdim. Bu gün etdiklərinə görə onlara çox borcluyam”.

Benson deyib ki, o, elə qələbə üçün Bakıya gəlib: "Böyük Britaniya komandasının və qalib komandanın bir hissəsi olmaq əla hissdir" deyən çempion adının favoritlər arasında olmadığını etiraf edir: "Siz yarışı qazanmaq ehtimalı olan 10 müxtəlif idmançının adını yaza bilərdiniz. Mən isə həmin 10-luqda öz adımı yazmazdım".

O, qızıl medaldan sonra da mübarizəsini davam etdirəcəyini, daha yüksək titullar uğrunda yarışacağını açıqlayıb: "Qızıl medalı qazanmaqla dünya dayanmır. Artıq 2 gün sonra çərşənbə axşamı İsveçrə dağlarına təlim düşərgəsinə yollanacağıq. Burada bundan zövq almaq əla olsa da, qarşıda iştirak etməli və qazanılası çox yarışlar var. Beləliklə, irəli.

Hələ əvvəldən demişdik ki, hər şeyi düzgün yerinə yetirsəm və öz kartlarımızı düzgün oynasaq, mənim qələbə qazanmamağım üçün heç bir səbəb yoxdur. Belə də etdim və Böyük Britaniya komandası üçün qızıl medalı qazandım” (baku2015.com).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30