29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Ttürkiyəli güləşçi: "Ermənini məğlub edəcəyimi bilirdim"

Yunan-Roma güləşi üzrə 85 kq çəki dərəcəsində yarışan erməni idmançısını məğlub edərək bürünc medala sahib çıxan Türkiyə təmsilçisi Basar Metehan Qol.Az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

-  İlk öncə Azərbaycanla bağlı təəssüratlarını öyrənək...

- Azərbaycan bizim ikinci vətənimizdir. Burada özümü heç də yad hiss etmirəm. Sanki bu Avropa oyunları Türkiyədə keçirilir.

- Azərbaycana ilk dəfədir gəlirsən?

- Yox, daha öncə Bakıda təlim-məşq toplanışlarında olmuşam. Buradakı güləşçi qardaşlarımızla sıx əlaqələrimiz var.

- "Bakı-2015"in təşkilatçılığı ilə bağlı nə deyə bilərsən?

- Çox gözəl bir idman bayramı təşkil ediblər. Burada olduğumuz üçün çox xoşbəxtik. Bu işdə əməyi keçən hər bir insana təşəkkürümü bildirirəm.

- Bürünc medal uğrunda görüşdə erməni idmançısı ilə qarşılaşdın... 

- Belə yarışlarda əsasən qarşımıza qızıl medal qazanmağı qoyuruq. Amma bürünc medal uğrunda mübarizə apardım və rəqibim erməni oldu. Bu görüşdə məğlub olmamalı idim. İstəyimə nail oldum.

- Ermənistanın Azərbaycana düşmən ölkə olduğunu nəzərə alsaq,  bu döyüşün sənin üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləmək olardı?

- Təbbi ki, elə bu səbəbdən əvvəlcədən döyüşə özümü çox yaxşı motivasiya etmişdim. Ermənini məğlub edəcəyimi bilirdim. Döyüşə elə bu düşüncə ilə də çıxdım.

- Çıxışın zamanı azarkeşlər də səni durmadan dəstəkləyirdilər.

- Bəli, döyüşə çıxdığım ilk andan etibarən qardaş dəstəyi hiss etdim. Mən də onların bu dəstəyindən sonra mütləq qazanmalı olduğumu düşündüm. Sevinirəm ki, onların dəstəklərini qarşılıqsız qoymadım. Deyə bilərəm ki, gücümü onların sayəsində daha yaxşı göstərə bildim.

- Yəni, azarkeşlərin dəstəyi sənə əlavə güc verdi...

- Biz hələ Azərbaycana gəlməmişdən öncə bu gücü özümüzdə hiss edirdik. Çünki, qardaş ölkəyə gəlirdik. Dediyim kimi Azərbaycan ikinci vətənimizdir. İnsanları da bildiyimiz və anladığımız adamlardır.

- 130 kq çəki dərəcəsində qızıl medal qazanan həmyerlin Rıza Kayaalp qələbədən sonra sevincini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib. 

- Erməni idmançısını məğlub etdikdən sonra ətrafıma baxıb bayraq axtardım. Amma təəssüflər olsun ki, heç yerdə tapmadım.

- Səni dəstəkləyən azərbaycanlılara sözün varmı?

- Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Azərbaycanı və millətimi çox sevirəm. Bizi hər zaman dəstəkləsinlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31