26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”dəki medalçımız: “Məsuliyyətini bildiyim üçün yaxşı hazırlaşmışdım”

“Çox çətin yarış idi. Medal qazanmağı çox istəyirdim və bu, mənim arzum idi. Buna ürəkdən inanırdım və çalışırdım. Bu uğuru əldə etdiyim üçün sevinirəm, qürur hissi keçirirəm. Çünki bunun üçün əlimdən gələni etdim. Medal qazandığım üçün fəxr edirəm. Baş məşqçinin də etimadını doğrultduğuma görə sevinirəm. Hesab edirəm ki, bu, Azərbaycan triatlonu üçün unudulmaz nailiyyətdir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində birinci Avropa Oyunlarında kişilər arasında keçirilən triatlon yarışında bürünc medal qazanan Azərbaycan triatlonçusu Rostislav Pevtsov deyib.

R.Pevtsov bildirib ki, Avropa Oyunlarındakı triatlon yarışlarına uzun müddətdir məqsədli şəkildə yaxşı hazırlaşıb: “Bütün diqqətimi yarışlara cəmləmişdim. Çünki Avropa Oyunları mənim üçün ən mühüm yarışdır. Bu bürünc medalın mənim və Azərbaycan Triatlon Federasiyası üçün mənası böyükdür. Ümid edirəm ki, bu uğurlu nəticə Azərbaycanda triatlon idman növünün inkişafına təkan verəcək.

Bundan əvvəl iştirak etdiyim dünya seriyasında və ötən il ikinci yerə çıxdığım dünya kuboku yarışlarında da olimpiya məsafəsi olduğu üçün birinci Avropa Oyunlarına hazırlaşmağın qaydalarını bilirdim. Xüsusilə triatlonun birinci mərhələsi olan üzgüçülüyə diqqətimi daha çox yönəltmiş, bu mərhələyə yaxşı hazırlaşmışdım. Üzgüçülük mərhələsində əsas qrupda idim. Son mərhələdə - qaçışda da yaxşı çıxış etdim. Ötən ilin ikinci yeri tutduğum dünya kuboku yarışlarında karyeramda ən yaxşı il olduğunu düşünürdüm. Amma elə alındı ki, bu il mənim idman karyeramda ən yaxşı il oldu.

Avropa Oyunlarının açılış mərasimində iştirak etmişəm. Orada gözəl abı-hava var idi, tamaşaçılardan müsbət enerji aldım. Bakı Olimpiya Stadionunda 60 mindən çox tamaşaçı “Azərbaycan” söyləyəndə hamı kimi mən də bundan qürur hissi keçirdim. Bu hissləri sözlə ifadə etmək çətindir. Mən çox turnirlərdə iştirak etmişəm, amma təşkilatçılıq baxımından “Bakı-2015”in əvəzi yoxdur.

“Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək üçün bundan sonra yarışlarda yüksək yerləri qazanmağa çalışacağam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30