25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Avropanın idman nəbzi 17 gün Azərbaycanda döyünəcək”

Misirin nüfuzlu “Əl-Əhram” qəzetində baş redaktorun müavini Məhəmməd Osmanın “Bakı-2015” İlk Avropa Oyunları ilə bağlı məqaləsi dərc edilib. Futbolxeber.az-ın məlumatına görə,  M.Osman 17 gün davam edəcək ilk Avropa Oyunları haqqında məlumat verərək, Oyunlarda Avropanın 50 ölkəsindən 6 min idmançının 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacağını yazır.

Avropa Olimpiya Komitəsinin 2012-ci ildə ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi barədə qərarının əhəmiyyətini vurğulayan M.Osman yeni tikilmiş Bakı Olimpiya Stadionunda yarışların təntənəli açılışının olacağını, bununla da Avropanın idman nəbzinin 17 gün Azərbaycanda döyünəcəyini diqqətə çatdırır. Müəllif Azərbaycanın 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında dünyanın 200 ölkəsi arasında 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri, 2014-cü ildə Çinin Nanjinq şəhərində gənclər arasında keçirilən II Olimpiya Oyunlarında 10-cu yeri tutması barədə məlumat verib.

Azərbaycan hökumətinin gənclərə və idmana verdiyi xüsusi önəmdən danışan M.Osman son illər ərzində ölkədə 50-dan çox olimpiya idman kompleksinin inşa edildiyini yazıb.

Müəllif, həmçinin 2017-ci ildə Azərbaycanın İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi barədə də məlumat verib.

Mənbə: azertag.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30