20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Novruz Məmmədov: “Bakı-2015” həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq"

"I Avropa Oyunları həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq". Futbolxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, sabah bütün dünya I Avropa Oyunlarının Ana Vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq: "Bu hadisə həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq. Avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar".

Onun fikrincə, bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxindan tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcək: "Əminəm ki, Azərbaycanın əsl idman ölkəsi olduğunu bizim atletlərimiz öz uğurlu çıxışları ilə bir daha sübut edəcəklər. Mən I Avropa Oyunlarında iştirak edən bütün idmançılara uğurlar arzulayıram!" ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30