19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

“Bakı-2015”: Məşəlin İçərişəhər estafeti başa çatdı

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da “Alov qüllələri” kompleksindən start verilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məşəl paytaxt sakinlərinin hərarətli alqış sədaları altında alpinist Renat Rəhimxanovun müşayiəti ilə dünya memarlığının incilərindən sayılan “Alov qüllələri”nin ən hündür nöqtəsindən aşağı endirilib.

Birinci Avropa Oyunlarının məşəlçisi olduğu üçün qürur duyduğunu bildirən Renat Rəhimxanov “Bakı-2015”-də mübarizə aparacaq yerli idmançılara uğurlar arzulayıb. O bildirib ki, birinci Avropa Oyunları ərəfəsində bütün qitənin diqqəti ölkəmizə yönələcək. “Bakı-2015” Azərbaycanın təbliği baxımından mühüm fürsət olacaq.

Sonra məşəl UNESCO-nun dünya mədəni irs siyahısına daxil olan qədim İçərişəhərə gətirilib.

“Bakı-2015” məşəlinin İçərişəhərdə səyahəti Kiçik Qala küçəsindən başlayıb. Məşəl Kiçik Qala küçəsi ilə Qoşa qala qapısı meydanına, oradan isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız qalası meydanına gətirilib. Asəf Zeynallı küçəsi ilə hərəkətə davam edən məşəlin marşrutu daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidindən, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək orta əsrlərə aid Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşıb.

Məşəl marşrut boyu paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən böyük hərarətlə qarşılanıb. Məşəlin estafeti zamanı birinci Avropa Oyunlarının rəmzləri - Ceyran və Nar tədbirə bayram əhval-ruhiyyəsi qatıblar. Birinci Avropa Oyunlarının açılış mərasimini səbirsizliklə gözləyən paytaxt sakinləri Ceyran və Nar ilə xatirə şəkilləri çəkdiriblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30