18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

İtaliyalı gimnastlar “Bakı-2015”də yüksək nəticəyə iddialıdırlar

İtaliya “Bakı-2015”-də gimnastika yarışlarında 19 idmançı ilə təmsil olunacaq. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, yüksək nəticələr əldə etməyə iddialı olan idmançılar yarışlara tam hazırdırlar.

21 yaşlı Rikkardo Pentassulya ilk Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb: “Bu yarışlarda iştirak etmək mənim üçün böyük bir macəra olacaq. Yüksək səviyyəli idman tədbiri hesab olunan “Bakı-2015” avropalı idmançılar üçün böyük təcrübədir. İlk dəfə təşkil olunan bu Oyunlar atletlərə fərqli duyğular bəxş edəcək. Rəqiblərimlə mübarizə aparmağa tam hazıram”.

19 yaşlı digər idmançı Mikela Kastoldi isə deyib: “İlk Avropa Oyunları qatıldığımız digər turnirlərdən çox fərqli olacaq. Nağıla bənzəyəcək bu yarışdan yeni və maraqlı bir mühit gözləyirəm”.

Avropa Gimnastika İttifaqının Aerobika üzrə Texniki Komitəsinin prezidenti Maria Kristina Kasentini bildirib ki, “Bakı-2015”-də iştirak etmək hər bir idmançı üçün böyük nailiyyət hesab olunur. Biz bu şansı dəyərləndirmək üçün səylə hazırlaşmışıq. İtaliya bu yarışda ilk dəfə olaraq gimnastikanın bütün növləri üzrə tam heyətlə təmsil olunacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30