28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Nazir müavini “Avropa Oyunlarının tarixi Azərbaycanda yazılacaq”

Tarixdə ilk dəfə Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarının başlanmasına artıq bir neçə gün qalıb. İyunda həm Avropanın, həm də dünyanın diqqəti məhz Azərbaycana yönələcək. “Bakı-2015” birinci Avropa Oyunlarında qitənin ən güclü 6 mindən artıq atleti idmanın 20 növü üzrə qızıl medallar uğrunda mübarizə aparacaq.

Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançılarımızın bu mötəbər yarışa hazırlığı və “Bakı-2015”-in ölkəmiz üçün əhəmiyyəti ilə bağlı “Azərtac”ın müxbirinin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- İsmayıl müəllim, birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Ölkəmizdə keçirilən hər bir beynəlxalq yarışın əhəmiyyəti bizim üçün böyükdür. Həm ölkəmizin təbliği, həm də idmanın kütləviliyinin artırılması üçün bu vacib amildir.

Avropa Olimpiya Komitəsi bu oyunların keçirilməsi üçün çox ciddi tələblər irəli sürmüşdü. Bunlara aeroportların yüksək səviyyədə olması, idman qurğularının beynəlxalq standartlara cavab verməsi və s. daxildir. Təbii ki, bunlar hamısı bir gündə olmayıb. Bu, uzun illərin təcrübəsi və ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndərin hakimiyyətdə olduğu illərdə regionlarda Olimpiya kompleksləri inşa olunub. Bu gün həmin idman obyektlərində beynəlxalq yarışlar təşkil edilir. Bu beynəlxalq yarışların ölkəmizdə keçirilməsi müxtəlif mötəbər beynəlxalq idman qurumlarının Azərbaycana göstərdiyi yüksək etimadın nümunəsidir.

Hər il ölkəmizdə orta hesabla 50-dən çox beynəlxalq idman yarışı təşkil olunur. Təkcə ötən il Azərbaycanda 57 belə yarış keçirilib. Həmin yarışlar həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini əhatə edib. Bu nəticələr sayəsində Avropa Olimpiya Komitəsi Azərbaycanda belə nüfuzlu yarışın keçirilməsinə etimad göstərib.

1896-cı ildə Yunanıstanda keçirilən birinci Olimpiya Oyunları bu tədbirin keçirilməsində bir ilk olduğu kimi, “Bakı-2015” Avropa Oyunları da yeni bir tarixin başlanğıcıdır. İdman tədbiri ölkəyə çoxlu sayda turist axınına da səbəb olacaq. Azərbaycanın mühüm beynəlxalq yarışları keçirməklə qazandığı zəngin təcrübə ilk Avropa Oyunlarını da ən yüksək səviyyədə təşkil etməyə imkan verir.

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu isə ən yaxın zamanda Azərbaycanda Olimpiya Oyunlarının keçiriləcəyini deməyə əsas verir.

- “Bakı-2015”-in başlanmasına bir neçə gün qalır və Oyunlara hazırlığın son mərhələsindəyik. Azərbaycanı bu Oyunlarda təmsil edəcək idmançılar, onların hazırlıqları, idman qurğularının son vəziyyəti barədə nə deyə bilərsiniz?

- Təbii ki, idmançılarımız bu yarışlar üçün uzunmüddətli hazırlıq dövrü keçiblər. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları nailiyyətlər birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə olmasının göstəricisidir. İdmançılar dövlətin onlara göstərdiyi hərtərəfli qayğını qazandıqları medallarla doğruldacaqlar.

- Azərbaycan idmançılarından gözləntiləriniz nədir? Atletlərimizin idmanın daha çox hansı növləri üzrə uğur qazanacaqlarını fikirləşirsiniz?

- Bu, idmandır, burada daim güclü rəqabət var. İdmançılar yarışlara ciddi hazırlaşırlar. Amma heç kim deyə bilməz ki, məşq prosesində idmançı zədə almayacaq. Dünən Olimpiya çempionu olmuş idmançı sabah heç Avropa çempionu da olmaya bilər. Burada hər zaman ciddi rəqabət gedir. Medalların sayı barədə dəqiq bir söz deyə bilmərəm. Amma hazırlığın səviyyəsinə əsaslanaraq medalların sayının kifayət qədər çox olacağını söyləyə bilərəm. Daha çox fərdi idman növlərindən güləş, boks, cüdo, karate, taekvondo üzrə medallar gözləyirəm. Amma deməzdim ki, komanda idman növlərində zəif təsir bağışlayırıq. Sadəcə fərdi idman növlərində atletlərimizin medal qazanmaq şansları daha çoxdur. Amma kollektiv yarışmalarda medal qazanmaq üçün bir neçə idmançı birgə çalışır.

- İsmayıl müəllim, birinci Avropa Oyunlarının Azərbaycan idmanının inkişafına və ölkəmizin təbliğinə verəcəyi töhfəni necə qiymətləndirirsiniz?

- Birinci Avropa Oyunlarının təqdimatının müxtəlif ölkələrdə təşkil olunması və növbəti illərdə mötəbər yarışın məşəlinin “Atəşgah” məbədindən alovlandırılması hesab edirəm ki, ölkəmizin təbliğində mühüm rol oynayacaq. Təbii ki, bunların hər biri ölkəmizin təbliğinə istiqamətlənən addımlardandır. Ən əsas məqam isə odur ki, Avropa Oyunlarının tarixi Azərbaycanda yazılacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31