24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Baki-2015”: Atıcılıq yarışlarında Rusiyanın 4 Olimpiya mükafatçısı yer alıb

“Bakı-2015” birinci Avropa Oyunlarının atıcılıq yarışlarında Rusiyanı təmsil edəcək idmançılar müəyyənləşib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, birinci Avropa Oyunlarının atıcılıq yarışlarına 16-sı kişi, 12-si qadın olmaqla, ümumilikdə 28 rusiyalı idmançı qatılacaq.

Komandaya Olimpiya çempionları Aleksey Alipov və Olqa Kuznetsova rəhbərlik edəcəklər. Həmçinin heyətdə Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı Vladimir İsakov və Vasiliy Mosində yer alıblar.

Kişilərin tapançadan atəşaçma yarışlarında Vladimir Qonçarov, Sergey Çervyakovskiy, Leonid Ekimov, Aleksey Klimov, Anton Quryanov, Vladimir İsakov, Sergey Kruqlov, Nazar Luqinets, Fyodr Vlasov və Sergey Kamenskiy, qadınların mübarizəsində isə Yekaterina Korşunova, Olqa Kuznetsova, Yuliya Alipova, Anna Mastyanina, Darya Vdovina, Anna Jukova, Yuliya Karimova və Polina Xoroşeva güclərini sınayacaqlar.

Stend atıcılığı yarışlarında kişilərin mübarizəsində Aleksey Alipov, Denis Zotov, Vasiliy Mosin, Vitaliy Fokeyev, Aleksandr Zemlin və Valeriy Şomin mübarizə aparacaqlar. Qadınların mübarizəsində isə Rusiyanın şərəfini Tatyana Barsuk, Yelena Tkaç, Albina Şakirova və Anastasiya Kraxmalyeva qoruyacaqlar.

Qeyd edək ki, birinci Avropa Oyunlarında atıcılıq yarışları iyunun 16-dan 22-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30