16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Digər idman növləri

İtaliyalı futbolçu: “Bakı-2015”də əsas hədəfimiz lider olmaqdır”

“Bakı-2015”də çimərlik futbolu maraqla izlənəcək yarışlardan biri olacaq. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, səkkiz ölkənin komandası birincilik uğrunda mübarizə aparacaq. Liderliyə iddialı yığmalardan biri də İtaliya komandasıdır. Massimiliano Espositonun rəhbərliyi ilə bu komanda yarışlara ciddi hazırlaşır.

İtaliyanın çimərlik futbolu üzrə milli komandasının üzvü Matteo Marrucci “Bakı-2015”ə hazırlıqlar və ümumiyyətlə komandanın uğurları barədə fikirlərini bölüşərək bildirib: “Bakıdakı yarışlarda əsas hədəfimiz lider olmaqdır. Hər birimiz qalibiyyəti ürəkdən istəyirik. Lakin bizə bəllidir ki, yarışlar heç də asan keçməyəcək. Nəzərə alsaq ki, ən sonuncu dünya kubokunun finalçıları olan Rusiya və İspaniya ilə eyni qrupda mübarizə aparacağıq, o zaman yarışların gərgin keçəcəyi gözləniləndir. Buna baxmayaraq, biz komanda olaraq, çəkinmədən mübarizəmizi davam etdirəcəyik”.

İdmançı çimərlik futbolunun qeyri-olimpiya idman növü olmasına baxmayaraq, “Bakı-2015”in proqramına daxil edilməsindən məmnun olduğunu deyib: “Bu idman növünün ilk Avropa Oyunlarının proqramına salınması tarixi bir hadisədir. Gələcəkdə Olimpiya Oyunlarında bu yarışların keçirilməsinə ümid edirəm. Açığı, Braziliya bu idman növünün vətəni hesab olunduğu üçün, “Rio-2016” Yay Olimpiya Oyunlarına çimərlik futbolunun daxil edilməsini çox gözləyirdim. Hesab edirəm ki, 2020-ci ildə Tokioda keçiriləcək Oyunlaradək bu məsələ həllini tapar”.

M.Marrucci “Bakı 2015”in idman tarixində yeni bir səhifə açacağına əminliyini bildirərək deyib: “Bu tarixi yarışa bütün diqqətimiz kökləməli və son dərəcədə hazırlıqlı olmalıyıq. Bizim üçün bu Oyunlarda yaxşı nəticə göstərmək olduqca vacibdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30