25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

İtaliyalı karateçi: “Bakıya birinci olmaq üçün gedirəm”

Son zamanlar İtaliyanı beynəlxalq turnirlərdə uğurla təmsil edən, karyerasında inamla irəliləyən karateçi Luici Busa “Bakı-2015”dən yüksək nəticələr gözləyir. Futbolxeber.az-ın məlumatına görə, dünya və Avropa çempionatlarının birincisi, 28 yaşlı idmançı karatenin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil ediləcəyinə ümidvar olduğunu bildirib. “Bakı-2015” ilə bağlı fikirlərini bölüşən L.Busa deyib: “Bu yarışlara idmanın karate növünün daxil edilməsi sevindirici haldır. Çox istərdim ki, ilk Avropa Oyunlarında İtaliyanı uğurla təmsil edərək, ölkəmə qızıl medalla qayıdım. Bakıya yalnız birinci olmaq üçün gedirəm. Yarışlara çox ciddi hazırlaşmışam, fiziki və psixoloji cəhətdən özümü tam hazır hiss edirəm. Bilirəm ki, Bakıda güclü rəqiblərlə qarşılaşacağam. Azərbaycanlı karateçi Rafael Ağayev yarışların favoriti hesab olunur. Lakin bütün rəqiblərimə hörmətlə yanaşıram və gərgin şəraitdə keçən mübarizələri xoşlayıram”.

İdmanın karate növünə gəlişindən danışan L.Busa vurğulayıb: “İlk karate müəllimim atam olub. İdmanın bu növü ilə məşğul olduğum zaman həmişə ailəmin dəstəyini hiss etmişəm. Karate artıq həyatımın bir parçasıdır. Düşünürəm ki, idmanın bu növü ilə məşğul olan hər bir kəs xaraktercə güclü olur”.

Qeyd edək ki, L.Busa 2006-cı və 2012-ci illərdə karate üzrə dünya çempionatlarının qızıl, 2010-cu və 2014-cü illərdə isə gümüş mükafatçısı olub. İki dəfə Avropa çempionatının ən yüksək pilləsinə qalxan idmançı qitə miqyaslı yarışların gümüş və bürünc medallarına yiyələnib (“Azərtac”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30