18 Mart 2026, Çərşənbə
25-ci turun hakim təyinatları
"Neftçi" 89 yaşında!
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi

Digər idman növləri

Kseniya Mustafayeva: “Bakı-2015”də iştirak etməyi səbirsizliklə gözləyirəm”

Avropa Gimnastika İttifaqının rəsmi internet səhifəsində ilk Avropa Oyunlarının iştirakçısı, “Bakı-2015”in beynəlxalq səfirlərindən biri, ritmik gimnastika üzrə Fransa çempionu Kseniya Mustafayevanın müsahibəsi yerləşdirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Minskdə anadan olan, gələn həftə 20 yaşını qeyd edəcək Kseniya Bakıda keçiriləcək ilk Avropa Oyunlarına böyük səylə hazırlaşdığını və yarışlarda uğur qazanacağına ümid etdiyini bildirib.

Gənc idmançı qeyd edib ki, Avropa Oyunlarının beynəlxalq səfiri olması onun uğurlarına verilən qiymətin və ona göstərilən etimadın bariz nümunəsidir. K.Mustafayeva ilk Avropa Oyunlarının finalına qədər yüksələcəyinə ümid etdiyini bildirib.

Fransalı gimnast vurğulayıb ki, Avropa Oyunlarında müxtəlif idman növlərini təmsil edən atletlər iştirak etdiyindən insanda Olimpiya əhval-ruhiyyəsi yaranır. O, yarışların, xüsusilə ritmik gimnastikanın tamaşaçılarda böyük maraq doğuracağına əmin olduğunu ifadə edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31